Ağsuda 33 yaşlı şəxsə şüşə qırıntısı ilə xəsarət yetirildi

Ağsuda 33 yaşlı şəxsə şüşə qırıntısı ilə xəsarət yetirildi Hadisə

Ağsuda iki nəfər arasında yaranmış mübahisə qanla bitib.

News24.az xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, 21 yaşlı Murad Muradov aralarında yaranmış mübahisə zəminində 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə ağır xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırma aparılır.(APA)