Ağsuda ana və azyaşlı oğlu qazdan zəhərləndi - Yeniləndi

Ağsuda ana və azyaşlı oğlu qazdan zəhərləndi - Yeniləndi Hadisə

Ağsu sakini qazdan zəhərlənib.

News24.az xəbər verir ki, hadisə Ağsu şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini 1987-ci il təvəllüdlü Teymurova Vəfa və oğlu 2018-ci il təvəllüdlü Teymurov Məhəmməd Həsən oğlu qazdan zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.(APA)

09:17


Noyabrın 25-i saat 04:30 radələrində zəhərlənmə şübhəsilə 2 nəfər (biri kişi, biri qadın) Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:

"1987-ci il (qadın) və 2018-ci il (kişi) təvəllüdlü şəxslərə dəm qazından zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Müalicələri Reanimasiya şöbəsində davam etdirilən hər iki pasiyentin vəziyyətləri kafi qiymətləndirilir".