Ağsuda sahəsi 108 m² olan bina yandı

Ağsuda sahəsi 108 m² olan bina yandı Hadisə
Ağsu rayonunun Ərəbmehdibəy kəndində, ferma ərazisində ümumi sahəsi 108 m² olan binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 81 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.