Ağsuda su borularını oğurlayan şəxs saxlanıldı

Ağsuda su borularını oğurlayan şəxs saxlanıldı Hadisə

Ağsuda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Rayon ərazisində 120 metr uzunluğunda iri diametrli su boru kəməri naməlum şəxs tərəfindən talanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Namiq Haxverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Haxverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.