Şahbuzda avtomobil yeniyetməni vurdu

Şahbuzda avtomobil yeniyetməni vurdu Hadisə

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayonun Heydər Əliyev prospektində yolu keçən piyada, 2011-ci il təvəllüdlü Gülnar Qurbanovanı avtomobil vurub.

Qəza nəticəsində xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.