Ailənin ölümü ilə bağlı yeni detallar məlum oldu: saxlanılanlar var

Ailənin ölümü ilə bağlı yeni detallar məlum oldu: saxlanılanlar var Hadisə

Almaniyadan Türkiyəyə gələn dördnəfərlik Böcek ailəsinin ölümü ilə bağlı yeni detallar məlum olub.

News24.az Türkiyə mediasına istinadla xəbər verir ki, aparılan istintaqla ailənin qaldığı hoteli dərmanlayan şirkətin sahibi, işçisi, şirkətin sahibinin oğlu və hotelin işçisi “qəsdən ölümə və yaralanmaya səbəb olma” cinayəti ilə həbs edilib.

İddialara görə, hotel əməkdaşları dərman qoxusundan narahat olsalar da, bunu gözardı ediblər və vəziyyəti bildirməyiblər. Qeydiyyata cavabdeh şəxs isə qapını bağlayıb ərazini tərk edib. Ailə hoteldən qapını qıraraq çıxmağa çalışıb.

Xatırladaq ki, noyabrın 12-də Türkiyədəki hotellərdən birində Böcek ailəsinin dördü üzvü qaldıqları nömrədə özlərini pis hiss ediblər. Onlar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılsalar da, əvvəlcə ailənin 3 və 6 yaşlı uşaqları və ana, bir neçə gün sonra isə ata həyatını itirib. Otopsiyanın ilkin nəticələrinə əsasən, ailənin ölümünə hoteldə aparılan dərmanlama işləri səbəb olub. Araşdırmalar davam etdirilir.