Almaniyada qadın festival iştirakçılarına hücum etdi - Yaralılar var
Hadisə
Münhendə polis yoldan keçənlərə bıçaqla hücum edən qadını güllələyib.
News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisədən sonra qadın xəstəxanaya yerləşdirilib. 30 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Qadın əvvəlcə ənənəvi olaraq Oktoberfest festivalının keçirildiyi Teresyenvize yaxınlığındakı Vestendstrasse ərazisində kişini bıçaqlayıb. Qısa müddət sonra o, bir qadını bıçaqlayıb. Polis qadına atəş açmağa məcbur olub. Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilib.