Ambulansda oksigen balonu partladı, - həkimlər yaralandı
Hadisə
Türkiyədə təcili tibbi yardım avtomobilində olan oksigen balonu partlayıb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Məlumata görə, təcili tibbi yardım stansiyasında oksigen balonunun dəyişdirilməsi zamanı partlayış olub.
Nəticədə 2 tibb işçisi yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və polislər cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib, yanğınsöndürənlər ambulansda olan kiçik yanğını söndürüblər.