ÇL: "Sabah" "Mançester Yunayted"lə qarşılaşır – CANLI
İdman
Oyunda birinci hissə başa çatıb.
***23:45
"Mançester Yunayted" 3 dəqiqə sonra hesabına 3-cü qolu yazdıra bilib.
News24.az xəbər verir ki, 45-ci dəqiqədə Şeşko komandasının 3-cü qoluna imza atıb.
***23:42
"Sabah" – "Mançester Yunayted" qarşılaşmasında ikinci qol vurulub.
News24.az xəbər verir ki, rəqib komanda hesabına ikinci qolu yazdıra bilib.
Bu dəfə 42-ci dəqiqədə Bruno Fernandeş fərqlənə bilib.
***23:29
Qarşılaşmada hesab açılıb.
News24.az xəbər verir ki, 27-ci dəqiqədə Kunya "Mançester Yunayted"in hesabına ilk qolu qazandırıb.
***23:00
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində ilk matçına çıxıb.
News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gəlir. Görüş “Old Trafford”da keçirilir.
Qeyd edək ki, komandalar tarixdə ilk dəfə qarşılaşırlar.