Ana 5 övladını sığınacağa verdi

Ana 5 övladını sığınacağa verdi Hadisə

Verilişə müraciət edən ana 5 övladını sığınacağa göndərib.

News24.az xəbər verir ki, “Səni axtarıram” verilişinə müraciət edən Samirə adlı qadın 5 övladını sığınacağa yerləşdirmək istədiyini bildirib.

O, ailə vəziyyətinin ağır olduğunu, maddi imkansızlıq səbəbindən uşaqlarına lazımi qayğı göstərə bilmədiyini deyib.

Qadın qeyd edib ki, uzun müddətdir sosial yardım üçün müraciət etsə də, bu yardımı ala bilməyib.

Hadisə sosial şəbəkədə geniş rezonans doğurub. İstifadəçilərin bir qismi qadının addımını məcburi və çıxılmaz vəziyyətin nəticəsi kimi qiymətləndirib, digərləri isə uşaqların ailədən ayrılmasının düzgün addım olmadığını bildirib. Məsələ ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.