Anasını baltalayıb meyitini qutuda gizlətdi

Anasını baltalayıb meyitini qutuda gizlətdi Hadisə

Rusiyanın Komsomolsk-na-Amur şəhərində 48 yaşlı Anatoli öz anasını balta ilə öldürüb və meyiti kartof qutusunda gizlədib.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, hadisə on il əvvəl baş verib.

Kişi ailənin yeganə övladı idi. Valideynləri ona təhsil verib iki otaqlı mənzil almışdırlar. O isə, içməyə başladıqdan sonra borca düşüb. Bu səbəbə görə kişinin evini satmalı olublar və Anatoli ailəsi ilə valideynlərinin mənzilinə köçüb.

Həyat yoldaşı və qızı kişinin içki davasına uzun müddət dözə bilməyib, ondan ayrılıblar. Ana isə oğlunu doğru yola yönəltməyə çalışıb, ondan içkidən əl çəkməsini istəyib. Sərxoş vəziyyətdə olan Anatoli anasına əsəbləşib və balta ilə başına bir neçə dəfə vuraraq öldürüb. O, meyiti girişdə tərəvəz və turşu qutusunda gizlədib və içki içməyə çıxıb.

Dostları qadını axtarmağa başlayıb və polisə müraciət edib. Axtarış zamanı qadının meyiti aşkarlanıb.

Adam cinayəti inkar etsə də, adam öldürməkdə təqsirli bilinib.