ANS-in “Böyük Seva”sı ağır əməliyyata alındı

ANS-in “Böyük Seva”sı ağır əməliyyata alındı Hadisə

Hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.

News24.az xəbər verir ki, yaxınlarının verdiyi xəbər görə, tanınmış jurnalist bu gün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.

Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışıb. Ötən illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.

Həmkarımıza həyatın bu ağır sınağından sağlıqla çıxmasını arzu edirik və ona şəfa diləyirik. (Gununsesi)