Aptekdən 862 manatlıq oğurluq edən şəxs - ƏLƏ KEÇDİ

Aptekdən 862 manatlıq oğurluq edən şəxs - ƏLƏ KEÇDİ Hadisə
Bakıda aptekdən 862 manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, soyğunçuluq etdiyinə görə tutulmuş V.Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-də rayon ərazisindəki apteklərin birindən 862 manat oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.