Marketin qarşısında xuliqanlıq etdi -HƏBS EDİLDİ
Hadisə
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki marketlərdən birinin qarşısında insident baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, Sabirabad rayonunda anadan olmuş 1994-cü il təvəllüdlü S.K polis əməkdaşları tərəfindən saxlanılıb. O, marketin önündə xırda xuliqanlıq əməli törətdiyi üçün barəsində protokol yazılıb.
3-cü polis şöbəsində tərtib edilən protokol Xəzər rayon məhkəməsinə göndərilib. Satıcı müvafiq qərarla 5 sutkalıq inzibati həbs edilib.
Yaşar Araz