Arvadını qısqanan şəxs kəndlilərə - ZİYAN VURDU

Arvadını qısqanan şəxs kəndlilərə - ZİYAN VURDU Hadisə

Rusiyada Maqadan vilayətində Stan-Utiny kəndinin 42 yaşlı sakini saxlanılıb. 

News24.az xəbər verir ki, arvadını qısqanan şəxs sərxoş halda buldozer ilə həmkəndlilərinin əmlakına ziyan vurub.

Zərərçəkənlərə dəymiş ümumi ziyan 13,5 milyon(təxminən 240 min) rubldan çox olub.

O, işgüzar səfərdən qayıdanda arvadını evdə tapmayıb. Buna əsəbiləşən kişi içki içib və yerli müəssisələrdən birinin ərazisinə onu axtarmağa gedib.

Kütləvi qaraja daxil olarkən onun darvazasını zədələyərək içəridə başqasının avtomobilini vurub, sonra isə binalardan birinə çırpılıb. 

Sərxoş adam qarşısına çıxan hər şeyi: binaları, avtomobilləri, dizel generatorunu və digər əmlakı məhv edib.

Kişi əvvəlcə bu vəziyyəti araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşlarına başqalarının əmlakına ziyan vurmaqla heç bir əlaqəsinin olmadığını bildirib. Lakin yoxlama zamanı baş verənlərin əsl səbəbkarı müəyyən edilib.

Məryəm İlhamqızı