Astarada 1 nəfər DƏNİZDƏ BATDI - FHN axtarışlara başladı

Astarada 1 nəfər DƏNİZDƏ BATDI - FHN axtarışlara başladı Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Astara rayonunda dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.