Ağsuda ağır yol qəzası baş verib, xəsarət alanlar var -YENİLƏNDİ

Ağsuda ağır yol qəzası baş verib, xəsarət alanlar var -YENİLƏNDİ Hadisə

Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər - 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev, 28 yaşlı İlkin Heybətov və hələlik şəxsiyyəti məlum olmayan şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Xəsarət alan şəxslərdən birinin komada və reanimasiyada olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

12:01


Ağsuda avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)