At arabası ilə 20 kilo - ət oğurladılar

At arabası ilə 20 kilo - ət oğurladılar Hadisə

Səhər saatlarında at arabası ilə restoranın qarşısına gələn iki qadın restoranın soyuducusundan ətləri oğurlayıb və sürətlə oradan uzaqlaşıblar.

News24.az xəbər verir ki, oğruların tez bir zamanda 20 kiloqram əti oğurlayaraq yoxa çıxdıqları görülüb.

Restoran sahibi səhər işə gələndə oğurluq hadisəsini kameradan görüb və vəziyyəti polisə bildirib. Polis qüvvələri təhlükəsizlik kamerası qeydlərini araşdıraraq oğruları tutmaq üçün işlərini davam etdirir.

Günel Məlikzadə