Ata və qızı su quyusuna düşdü, - atanın meyiti quyudan çıxarıldı

Ata və qızı su quyusuna düşdü, - atanın meyiti quyudan çıxarıldı Hadisə

Cəlilabad rayonunda su quyusuna düşən 1 nəfərin meyiti çıxarılıb.

News24.az APA-ya istinadən Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, quyuya düşdüyü ehtimal olunan ikinci şəxsin axtarışı davam etdirilir.

***

15.08

Cəlilabad rayonunda ata və qızı su quyusuna düşüb.

Hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Rayon sakini Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Bir qədər əvvəl atanın meyiti quyudan çıxarılıb.