Atasının 3 evini satdı, indi küçələrdə yaşayır
Hadisə
Quba rayonunda ata ilə oğul arasında insident yaranıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Quba şəhər sakini S.Məmmədov polisə müraciət edərək 1994-cü il təvəllüdlü oğlu Bəxtiyarın onu təhqir etdiyini bildirib.
Məlum olub ki, Bəxtiyar gecə saatlarında atasının yaşadığı evə gəlib, onu küçədə söyüb və xuliqanlıq hərəkətləri edib.
Polis əməkdaşları tərəfindən saxlanılan Bəxtiyar Məmmədov atasının onu evinə buraxmadığını və hazırda küçələrdə yaşadığını deyib. Qeyd edib ki, bu səbəbdən də arasına əsəbləşib və onu təhqir edib.
S.Məmmədov isə oğlunun onu bezdirdiyini deyib:
“Mən oğluma indiyədək 3 ev vermişəm. Bəxtiyar evləri satıb pulunu xərcləyib. Hazırda özümün də şəxsi evim yoxdur. Bəxtiyar məni narahat edir. Nalayiq ifadələrlə söyüb təhqir edir. Ona görə də onu bağışlamıram. Ona cəza verilməsini xahiş edirəm”.
Quba rayon məhkəməsinin qərarı ilə Bəxtiyar Məmmədov 5 sutkalıq həbs edilib.
Yaşar Araz