Avtobusda cibgirlik edən şəxs - ƏLƏ KEÇDİ

Avtobusda cibgirlik edən şəxs - ƏLƏ KEÇDİ Hadisə
Bakıda avtobusda cibgirlik hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də xətt avtobusunda Bakı şəhər sakini M.Tarverdiyevin cibindən 1 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Məmmədov tutulub.