Avtobusda dalaşdılar, - səhv sürücünü döydülər - VİDEO

Avtobusda dalaşdılar, - səhv sürücünü döydülər - VİDEO Hadisə

Türkiyədə sürücü ilə mübahisə zəminində avtobusdan endirilən sərnişinlərin yaxınları avtovağzalda avtobus sürücüsü və köməkçisinə hücum edib. 

News24.az xəbər verir ki, ancaq onlar bilmədən səhv avtobusun sürücüsü və köməkçisini döyüblər.

7-8 nəfərlik qrup köməkçisi Mustafa Ərdoğanı, sürücü Əli Çələbini və ehtiyat sürücü Yasin Evkayanı dəmir çubuqlarla döyüblər. Hadisədən sonra terminaldan qaçan təcavüzkarlar qısa müddətdə yaxalanıb. Nəzarətə alınan 5 şübhəli sərbəst buraxılıb.

Həmin anlar kameralara düşüb. Görüntüləri təqdim edirik:

Günel Məlikzadə