Avtobusda qadının 400 manatını oğurlayan - CİBGİR TUTULDU

Avtobusda qadının 400 manatını oğurlayan - CİBGİR TUTULDU Hadisə
Bakıda cibgir saxlanılıb.

News24.az xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elçin Novruzov tutulub.

Onun ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, E.Novruzov yanvarın 26-da Bakıxanov qəsəbəsində 55 saylı xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın əl çantasından içərisində 400 manat pul olan kisəsini cibgirlik yolu ilə ələ keçirib.
Faktla bağlı araşdırma aparılır. /Report/