Avtomobil dirəyə çırpıldı, sərnişinlərdən biri öldü

Avtomobil dirəyə çırpıldı, sərnişinlərdən biri öldü Hadisə
İyunun 30-da saat 22 radələrində Sabirabad şəhərində Kürkəndi kənd sakini R.Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

News24.az xəbər verir ki, nəticədə avtomobildə olan 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb, digərinin vəziyyəti orta-ağırdır. 

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.