Avtomobil kanala düşdü, ölən var - Foto
Hadisə
Bu gün Ucarda ağır yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kəndinə gedən yolda qeydə alınıb.
“Mercedes C Class” markalı minik avtomobili aşaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə sürücü 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüb.
Qəza yerinə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)