Avtomobilin mühərrikxanasında 2 kq heroin - AŞKARLANDI - FOTO

Avtomobilin mühərrikxanasında 2 kq heroin - AŞKARLANDI - FOTO Hadisə
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən "Mercedes-Benz 190" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb, Azərbaycan Respublikası vətəndaşları olan sürücü və sərnişini şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük yoxlaması zamanı avtomobilin mühərrikxana və siləcəklərin mühərrik hissələrindəki boşluqlarda 4 ədəd bükümdə ümumi çəkisi 2 kq olan narkotik vasitə - heroin aşkarlanıb.
Avtomobilin mühərrikxanasında 2 kq heroin - AŞKARLANDI - FOTO Avtomobilin mühərrikxanasında 2 kq heroin - AŞKARLANDI - FOTO Avtomobilin mühərrikxanasında 2 kq heroin - AŞKARLANDI - FOTO Avtomobilin mühərrikxanasında 2 kq heroin - AŞKARLANDI - FOTO Avtomobilin mühərrikxanasında 2 kq heroin - AŞKARLANDI - FOTO