Avtomobillər toqquşdu, - azyaşlılar xəsarət aldı- Yeniləndi
Hadisə
Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
15:52
***
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə oktyabrın 7-si saat 15:10 radələrində 8 nəfər (4 qadın, 4 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən 2-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə stabil qiymətləndirilir.
Xeyrənsə Piriyeva