Axşam saatlarında ağır qəza - XƏSARƏT ALAN VAR

Axşam saatlarında ağır qəza - XƏSARƏT ALAN VAR Hadisə

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili 4 nəfəri vurub. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı xəsarət alanların ikisinin azyaşlı olduğu bildirilir.

Faktla balı araşdırma aparılır./apa