Ay yarım sonra toy edəcəkdi, komadan ayılmadı - Foto

Ay yarım sonra toy edəcəkdi, komadan ayılmadı - Foto Hadisə

Respublika Neyrocərrahiyyə Xəstəxanasında beynindəki kist səbəbindən əməliyyat olunan 25 yaşlı gənc vəfat edib.

News24.az-ın məlumatına görə, əməliyyatdan sonra 2000-ci il təvəllüdlü Mirzaman Əhmədovun səhhətində kəskin ağırlaşma yaranıb. Pasiyent huşunu itirərək koma vəziyyətinə düşüb. Tibbi müdaxilələrə baxmayaraq, o, 16 gün müddətində süni nəfəs aparatında qalıb.

Son günlər gəncin vəziyyəti daha da pisləşib və o, dekabrın 4-də həyatını itirib.

Qeyd edək ki, mərhum nişanlı olub və ailəsi yaxın bir ay ərzində toy mərasimi keçirməyi planlaşdırırmış.

Ay yarım sonra toy edəcəkdi, komadan ayılmadı - Foto Ay yarım sonra toy edəcəkdi, komadan ayılmadı - Foto