“Aygün Mall”un qarşısında ağır qəza - YARALILAR VAR - Yeniləndi
Hadisə
"Aygün Mall"un qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu və xəstənaya çatdırıldığı bildirilib.
****
Fevralın 28-də saat 13:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakıxanov qəsəbəsi, “Aygün Mall”un qarşısında piyada vurma səbəbilə çağırış qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda qeyd edilib.