Azərbaycanda 33 nəfər saxlanıldı

Azərbaycanda 33 nəfər saxlanıldı Hadisə
İyulun 11-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-ünün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-sinin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

News24.az xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 28, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. 
 
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.