Azərbaycanda ağac avtomobillərin üstünə aşdı - – FOTO

Azərbaycanda ağac avtomobillərin üstünə aşdı - – FOTO Hadisə

Dünən güclü külək Xaçmazda fəsadlara səbəb olub.


News24.az-ın məlumatına görə, Xaçmaz şəhərində külək iri ağacları aşırıb. Şəhərin mərkəzi hissəsində isə ağaclardan biri avtomobillərin üstünə aşıb. Nəticədə 2 avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə vaxtı maşınlarda heç kim olmayıb və xəsarət alan olmayıb.


Küləyin fəsadları aradan qaldırılır.


Həmçinin yerli qurumlar tərəfindən dəymiş ziyanın hesablanmasına başlanılıb.

Azərbaycanda ağac avtomobillərin üstünə aşdı - – FOTO