Azərbaycanda arvadını baltalayan kişi həbsdən yeni çıxıbmış

Azərbaycanda arvadını baltalayan kişi həbsdən yeni çıxıbmış Hadisə

Xəbər verdiyimiz kimi, Ağdam rayonunda ailə-məişət zəminində ağır cinayət hadisəsi baş verib. Mahrızlı kəndində Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salohovaya balta ilə çoxsaylı xəsarətlər yetirib.

News24.az-ın əldə etdiyi məlumata görə, arvadını baltalayaraq ölümcül hala salan Ceyhun Salahov həbsdən yeni çıxıbmış.

O, cəzaçəkmə müəssisəsindən evə qayıdandan sonra arvadı ilə qısqanclıq zəminində münaqişələr yaradıb. Nəticədə həyat yoldaşı Gülzəndə Abbas qızı Salohovaya balta ilə çoxsaylı xəsarətlər yetirib.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti ağır qiymətləndirilir.

C.Salahov saxlanılıb, araşdırmalar davam etdirilir.

Yaşar Araz