Azərbaycanda bu həkimin fəaliyyəti qadağan edildi - Foto

Azərbaycanda bu həkimin fəaliyyəti qadağan edildi - Foto Hadisə

Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevə barəsində açılmış cinayət işi üzrə hökm oxunub.

News24.az-ın əldə etdiyi məlumata görə, rayon məhkəməsində onun barəsində açılmış işin istintaqı başa çatıb. Məhkəmə Əmirxan Mövlayevlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cəzanın təyin edilməməsinə qərar verib. O, Məcəllənin Maddə 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsinə əsasən cəzalandırılıb. Məhkəmə həkimin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 il müddətinə tibb sahəsində müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə hökm edib.

Qeyd edək ki, Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Yaşar Araz

Azərbaycanda bu həkimin fəaliyyəti qadağan edildi - Foto