Azərbaycanda dağda itkin düşən şəxsin - meyiti tapıldı

Azərbaycanda dağda itkin düşən şəxsin - meyiti tapıldı Hadisə
Qubada itkin düşən şəxsin meyiti tapılıb. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  "112" qaynar telefon xəttinə, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.