Azərbaycanda daha bir AĞIR QƏZA - 8 nəfər... - FOTOLAR
Hadisə
Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının qarşısındakı yolda baş verib.
Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.