Azərbaycanda dəhşətli hadisə - Ot tayasının altında qalıb öldü

Azərbaycanda dəhşətli hadisə - Ot tayasının altında qalıb öldü Hadisə

Yevlaxda dəhşətli hadisə baş verib.

News24.az- ın əldə etdiyi məlumata görə, Qoyunbinəsi kəndində Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Abbas oğlu Tağıyevin üzərinə ot bağlamaları aşıb.

Nəticədə o, boyun nahiyəsindən ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən şəxs orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Yaşar Araz