Göygöldə məmurlar arasında dava düşdü, - XƏSARƏT ALAN VAR - FOTO
Hadisə
Göygöl rayonunda vəzifəli şəxslər arasında dava olub.
News24.az-ın məlumatına görə, hadisə Kənd Təsərrüfatı Nazirliyi yanında Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib.
Adıçəkilən mərkəzin direktoru, Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, Oqtay Həmidov arasında baş verən mübahisə sonradan davaya çevrilib.
Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb. O, məsələ ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov faktı News24.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə hər iki şəxsin müraciəti daxil olub: “İlkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub. Şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”
Samir Əli