Azərbaycanda insanlar ən çox - BU SƏBƏBDƏN ölür
Hadisə
Bütün ölüm hadisələrinin 65 %-i ürək-damar patologiyasından baş verir.
News24.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, hansı bölgədə hansı patologiyanın çox olmasına nəzər salmalıyıq: “Səhiyyə Nazirliyində bu statistika var. Bölgələr üzrə səhiyyə xəritəsi yoxdur. Amma Səhiyyə Nazirliyində olan məlumatlar əsasında hansı bölgədə hansı xəstəliyin daha çox yayılmasına baxmaq olar”.