Vətən müharibəsindən sonra mina qurbanlarının sayı açıqlandı
Hadisə
Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbiçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri həbiçidir.
Qeyd edək ki, bu gün Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.