Azərbaycanda orta məktəbdə kütləvi zəhərlənmə - Yeniləndi 1
Hadisə
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
News24.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbin 10-a yaxın aşağı sinif şagirdi dərs vaxtı özlərini pis hiss ediblər. Dərhal məktəblilər xəstəxanaya yerləşdiriliblər, onlara yardım edilib.
İlkin məlumata görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.(Unikal)
09:18
"Bu gün Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq məktəbdən məlumat verilib. Bildirilib ki, dərhal şagirdlər xəstəxanaya çatdırılıblar: "Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".
10:47
Fevralın 16-sı saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.