Azərbaycanda partlayış oldu - ÖLƏN VAR

Azərbaycanda partlayış oldu - ÖLƏN VAR Hadisə

Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

News24.az xəbər verir ki, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asit Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib.

Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub.

Faktla bağlı araşdırma aparılır.