Azərbaycanda qadın evində ölən sevgilisinin meyitini küçəyə atdı

Azərbaycanda qadın evində ölən sevgilisinin meyitini küçəyə atdı Hadisə

Fevralın 21-dən 22-nə keçən gecə Şəmkir rayonunun kəndlərindən birində 36 yaşlı kişinin meyiti boş sahədə tapılıb.

News24.az -ın əldə etdiyi məlumata görə, aparılan araşdırmalarla meyiti tapılan şəxsin həmin kənddə yaşamadığı üzə çıxıb.

Belə ki, həmin şəxs gecə saatlarında kənddə qeyri-rəsmi münasibətdə olduğu 50 yaşlı qadınla görüşə gedibmiş. Bu zaman onun halı qəfil pisləşib və kişi ölüb.

Qadın kənd camaatı və ailəsinin yanında biabır olmamaq üçün meyiti gizlədib və gecə saatlarında 50 metr sürüyərək evindən kənardakı boş sahəyə aparıb atıb.

İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yaşar Araz