Azərbaycanda qətl törətmiş şəxsin meyiti tapıldı
Hadisə
Siyəzən rayonunda meyit aşkar edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, noyabrın 9-u əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkum olunmuş 1969-cu il təvəllüdlü Zahid Ağamirzə oğlu Məmmədovun yaşadığı Yenikənd kəndindəki evdə meyiti tapılıb. Məlumata görə, onun üzərində zorakılıq əlamətləri qeydə alınmayıb.
Faktla bağlı Siyəzən rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Yaşar Araz