Sabunçuda 60 yaşlı qadını avtomobil vuraraq öldürdü

Sabunçuda 60 yaşlı qadını avtomobil vuraraq öldürdü Hadisə

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Bəhramzadə Elmur Bəhram oğlu idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə "Sabunçu bazarı" istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən piyada 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.