Azərbaycanda su xəttində QƏZA - Ətrafı su basdı
Hadisə
Şəmkirdə su xəttində qəza baş verib, ətrafı su basıb.
News24.az xəbər verir ki, hadisə rayonun Yeniabad kəndində Şəmkir nasos stansiyası ərazisində qeydə alınıb. Hidrotəzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub. Nəticədə su stansiyanın həyətinə dolub. Əraziyə FHN əməkdaşları cəlb edilib. Stansiyaya dolan suyun çəkilməsi istiqamətində tədbirlər görülür. (Apa)