Azərbaycanda vulkan püskürdü
Hadisə
Yanvarın 30-da yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
Bu barədə News24.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub