Azərbaycanda YASDA FACİƏ

Azərbaycanda YASDA FACİƏ Hadisə

Azərbaycanda yasda ölüm hadisəsi baş verib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Qədirxum” xeyir-şər evində qeydə alınıb. 

Orada yas məclisinı qatılan, 1946-cı il təvəllüdlü Cəlal Rəfiyev nəfəs borusunda qida qalması nəticəsində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.