Azərbaycanda yüksəkvəzifəli sabiq məmur vəfat etdi

Azərbaycanda yüksəkvəzifəli sabiq məmur vəfat etdi Hadisə

Azərbaycan Statistika Komitəsinin sabiq aparat rəhbəri Ziyad Abbasəliyev vəfat edib.

News24.az xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Abbasəliyev uzun illər rəhbər vəzifələrdə çalışıb. O, 1984-cü ildə komitənin kadrlar və tədris mütəxəssisləri idarəsinin rəisi təyin edilib və 1996-cı ilədək həmin vəzifədə çalışıb. 1996-2005-ci illərdə Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib. 2005-2015-ci illərdə Dövlət Stastika Komitəsinin Aparat rəhbəri vəzifəsini tutub.

Yaşar Araz

Azərbaycanda yüksəkvəzifəli sabiq məmur vəfat etdi