Azərbaycanlı fotoqrafın evində güclü yanğın - Video

Azərbaycanlı fotoqrafın evində güclü yanğın - Video Hadisə

Azərbaycanlı fotoqraf Orxan Aslanovun qarajı yanıb.

News24.az xəbər verir ki, bu barədə fotoqraf “İnstagram” hesabında məlumat verib.

“Təəssüf ki, bu gün pis gündür. Qaraj bütünlüklə məhv oldu. Maşını güclə, özü də zədələnmiş halda çıxara bildik. Təəssüf ki, başqa heç nəyi xilas etmək mümkün olmadı. Uzun müddət ərzində topladığım hər şey yoxa çıxdı.

Əsas odur ki, heç kim xəsarət almayıb. Ona görə də yaşamaq və hər günün qədrini bilmək lazımdır. Hər şey yoluna düşəcək”, - Aslanov bildirib.